İranda itkin düşdüyü deyilən azərbaycanlı tələbə casusluqda   ittihamı edildi
01 iyun 2023 21:03 (UTC +04:00)

İranda itkin düşdüyü deyilən azərbaycanlı tələbə casusluqda ittihamı edildi

İranda itkin düşdüyü bildirilən Almaniyanın Yena Universitetinin azərbaycanlı tələbəsi, 27 yaşlı Fərid Səfərliyə casusluq ittihamı irəli sürülüb.

Lent.az-ın xəbərinə görə, bu barədə APA-ya açıqlamasında Fəridin anası Dilarə Əsgərova məlumat verib.

O bildirib ki, Fərid Səfərli İranda həbs edilib: "Bu gün Azərbaycan Xarici İşlər Nazirliyindən mənə məlumat verildi ki, İran tərəfi onlara rəsmi cavab verib. Cavabda qeyd edilib ki, Fərid Səfərli İranda casusluq ittihamı ilə həbs edilib. Hətta bizim konsulluq tərəfindən Fəridlə bir neçə dəfə telefon danışığı olub. Hazırda biz Fəridlə görüş tələb edirik. Konsuluğumuz da bu barədə İranın adiyyati qurumlarına müraciət edib". 

Qeyd edək ki, Fərid Səfərli fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib. F.Səfərli martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri qayıtmayıb.  Martın 4-dən etibarən Fəridin telefonu sönüb, onunla əlaqə tamamilə itib.

Dilarə Əsgərova qeyd edib ki, oğluna verilən ittiham əsassızdır: "İttiham saxtadır, oğlum casusluq etməyib. Biz verilən ittihamları qəbul etmirik".
 

# 2766
avatar

Oxşar yazılar