İranda güclü zəlzələ - Naxçıvan da silkələndi   -YENİLƏNİB
05 oktyabr 2022 05:42 (UTC +04:00)

İranda güclü zəlzələ - Naxçıvan da silkələndi -YENİLƏNİB

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Lent.az-a bildirilib ki, oktyabrın 5-də yerli vaxtla saat 04:21-də  Naxçıvan stansıyasından 80 km cənub-qərbdə İran ərazisində 5,8 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ Naxçıvan Muxtar Respublikasında 5,3 bala qədər hiss olunub.

Muxtar respublikada dağıntı və tələfat yoxdur. Zəlzələ Türkiyə, İraq və Ermənistanda da hiss edilib. Zəlzələ ocağının dərinliyi 3 kilometr təşkil edib.

***

04.53

Azərbaycan-İran-Ermənistan sərhəddində 5,5 bal gücündə zəlzələ baş verib. 

Lent.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə Almaniya Geoloji Elmlər üzrə Tədqiqat Mərkəzi məlumat yayıb.
 

# 5670
avatar

Oxşar yazılar