Bakıda "Megafun"un binasından özünü ataraq intihar edən gənc oğlanın məktubu üzə çıxıb.
Lent.az xəbər verir ki, 22 yaşlı E.Məmmədov intihardan öncə məktubunda bu sözləri yazıb:
“Hər şey bura qədərmiş. Həyat bəlkə də çox gözəldir, amma mən yaşamağı bacarmadım. Özünüzə yaxşı baxın. Möhkəm olun, mənə görə pis olmayın. 22 il də bəs edər. Ata, mama, qardaşım, sizi çox istəyirəm”.
İntihar edən gəncin məktubu
***
Saat: 11:20
"Megafun"un binasından özünü ataraq intihar edən şəxsin kimliyi bilindi.
Lent.az-ın əldə etdiyi məlumata görə, araşdırmalar zamanı özünü binadan atan şəxsin 1999-cu il təvəllüdlü Məmmədov Elvin Asəf oğlu olması müəyyən edilib. O, həmin binada yerləşən ofislərdən birində mühasib vəzifəsində çalışıb.
İntiharın səbəbləri hələlik məlum deyil.
***
saat 10:45
Bir neçə dəqiqə əvvəl Xətai rayonunda, "Megafun"un binasında intihar hadisəsi qeydə alınıb.
Lent.az bildirir ki, intihar edənin şəxsiyyəti hələlik müəyyənləşdirilməyib. Hadisə yerində olan şahidlər müxbirimizə bildirib ki, kişi özünü 15-ci mərtəbədən atıb.
Adıçəkilən bina iş mərkəzi kimi xidmət göstərir. İntihar edən şəxsin burada yerləşən ofislərin birində çalışdığı bildirilir.
Saat 10:18
Bakıda intihar hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə bir neçə dəqiqə əvvəl Xətai rayonunda, "Megafun"un binasında qeydə alınıb. Şəxsiyyəti hələlik müəyyənləşdirilməyən kişi özünü binadan atıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.