İnterpol azərbaycanlı "vəkil"i  saxladı
12 aprel 2024 10:49 (UTC +04:00)

İnterpol azərbaycanlı "vəkil"i saxladı

Rusiyanın İrkutsk vilayətinin Tayşet şəhər məhkəməsinə sadələşdirilmiş qaydada saxtakarlıq yolu ilə Rusiya vətəndaşlığını almış miqrant barəsində cinayət işi daxil olub.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, alınmış saxta vəkil diplomu əcnəbiyə qısa müddətdə Rusiya vətəndaşı olmağa kömək edib:

Məlumata görə, 2009-cu ilin fevral ayında Azərbaycan Respublikasının vətəndaşı naməlum şəxslərdən ali təhsil haqqında diplomun qanunsuz əldə edilməsinin mümkün olduğunu öyrənərək saxta vəkil attestatları alıb. Eyni zamanda ixtisası üzrə ali məktəbdə oxumayıb və dövlət imtahanlarından keçməyib. Saxta sənəd sayəsində həmin şəxs 2022-ci ildə sadələşdirilmiş qaydada Rusiya vətəndaşlığını almağa imkan verən ixtisaslaşdırılmış proqramın iştirakçısı olub.

İnterpol həmin şəxsi saxlayıb. Tayşetdə daimi yaşamaq üçün məskunlaşan şəxsdən saxta sənəd götürülüb.

Hazırda onu bir il həbs gözləyir.

# 4494
avatar

Mehman Nəbiyev

Oxşar yazılar