İki rayonda iki avtoqəza: İKİ ÖLÜM...
21 iyul 2022 14:46 (UTC +04:00)

İki rayonda iki avtoqəza: İKİ ÖLÜM...

Gəncə və Şəmkir rayonlarında avtomobil piyadanı vurub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, iyulun 20-də saat 21 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini B.Verdiyev idarə etdiyi “VAZ-21065” markalı avtomobillə yolu keçən şəhər sakini Ramiz Novruzovu vurub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.  

Şəmkir rayonunda isə iyulun 20-də saat 7 radələrində Şəmkir şəhəri ərazisində şəhər sakini E.Həsənov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmyerlisi Telnaz Qasımovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

# 1545
avatar

Aytəkin Cəlali

Oxşar yazılar