İcra başçısının müavinindən  ÖZBAŞINALIQ:  Saxta sənəd tələb etdi
04 may 2021 15:50 (UTC +04:00)

İcra başçısının müavinindən ÖZBAŞINALIQ: Saxta sənəd tələb etdi

Səbail rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Bayramova Xalidə Nuru qızının qanunsuz hərəkətlərə yol verməsi haqqında daxil olmuş məlumat əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Xalidə Bayramova öz vəzifə səlahiyyətlərindən istifadə edərək Səbail rayonu ərazisində yerləşən 1 saylı Şəhər Poliklinikasının vəzifəli şəxslərinə zəng edib COVID-19 xəstəliyi əleyhinə vaksinasiya prosesi ilə əlaqədar yaxın qohumuna peyvənd vurulmadan peyvəndlənmiş şəxs kimi qeydiyyata alınaraq bu barədə tibbi sənədin verilməsini tələb edib.

Qeyd edilənlərlə bağlı Xalidə Bayramovaya Baş Prokurorluq tərəfindən xəbərdarlıq edilməklə, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanununun tələblərinin pozulması səbəbindən barəsində qanuni tədbirlərin görülərək intizam məsuliyyətinə cəlb edilməsindən ötrü “Prokurorluq haqqında” Qanununun 23-cü maddəsinə əsasən Səbail rayon İcra Hakimiyyətinə müvafiq təqdimat verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3084
avatar

Mehman Nəbiyev

Oxşar yazılar