Həbsxanadakı qohumuna yeməyin içində  görün nə gətirdi?
29 sentyabr 2022 15:54 (UTC +04:00)

Həbsxanadakı qohumuna yeməyin içində görün nə gətirdi?

8 saylı cəzaçəkmə və İxtisaslaşdırılmış müalicə müəssisələrinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Penitensiar Xidmətdən Lent.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə təqsirli bilinərək 13 il 6 ay azadlıqdan məhrum edilən və 8 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Əfləddin Qulaməli oğlu Muradova qohumu Abşeron rayon sakini Rövşən Umud oğlu Xasayevin gətirdiyi isovqata baxış keçirilib. Bu zaman orada olan makaronun içərisində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 1,333 qram olan narkotik maddə - heroin və ümumi çəkisi 0,458 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Həmçinin Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum edilmiş və İxtisaslaşdırılmış müalicə müəssisəsində saxlanılan məhkum Niyazi Rafiq oğlu Səfərov ilə qısamüddətli görüşə gəlmiş anası Bərdə rayon sakini Gündüzə Qəmbər qızı Həsənovanın üzərində və gətirilmiş sovqata baxış keçirilib. Bu zaman ona məxsus pul kisəsinin içərisində gizlədilmiş ümumi çəkisi 0,139 qram olan narkotik maddə - əkib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisinin toxumları aşkar edilib.

Faktlarla bağlı araşdırma aparılır.

# 1065
avatar

Oxşar yazılar

Xəzərdə bu canlılar kütləvi ölür

Xəzərdə bu canlılar kütləvi ölür

4 dekabr 2022 , 16:55
Azərbaycanda FACİƏ:   İki azyaşlı yanaraq öldü-YENİLƏNİB -FOTO

Azərbaycanda FACİƏ: İki azyaşlı yanaraq öldü-YENİLƏNİB-FOTO

4 dekabr 2022 , 16:04
Gəncədə xeyir-şər evdə partlayış-Xəsarət alan var -FOTO -YENİLƏNİB

Gəncədə xeyir-şər evdə partlayış-Xəsarət alan var-FOTO-YENİLƏNİB

4 dekabr 2022 , 15:23
Mövqelərimiz yenə atəşə tutuldu

Mövqelərimiz yenə atəşə tutuldu

4 dekabr 2022 , 10:11
Yataqxanada yanğın - Zəhərlənən var

Yataqxanada yanğın - Zəhərlənən var

4 dekabr 2022 , 09:00
Çoxmərtəbəli binada yanğın söndürüldü -VİDEO

Çoxmərtəbəli binada yanğın söndürüldü -VİDEO

4 dekabr 2022 , 08:39
Kişi özünü asdı, arvad xilas etdi

Kişi özünü asdı, arvad xilas etdi

4 dekabr 2022 , 03:40
61 yaşlı qadının meyiti evində tapıldı

61 yaşlı qadının meyiti evində tapıldı

3 dekabr 2022 , 21:16