Həbsdəki qardaşına narkotik gətirdi
19 iyul 2024 12:39 (UTC +04:00)

Həbsdəki qardaşına narkotik gətirdi

Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətdən Lent.az-a verilən xəbərə görə, həbs edilmiş şəxs Elmin Rahim oğlu Məmmədovla görüşə gəlmiş qardaşının üzərinə baxış keçirilən zaman şalvarının cibində gizlətdiyi 2 ədəd bükülüdə 0,440 qram  qurudulmuş marixuana aşkar olunub.

Faktla  bağlı araşdırma aparılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 630
avatar

Oxşar yazılar