Göyçayda 4 otaqlı ev  külə döndü
13 avqust 2022 21:18 (UTC +04:00)

Göyçayda 4 otaqlı ev külə döndü

Göyçay rayonunda fərdi yaşayış evində yanğın baş verib.

Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə bu gün saat 20:30 radələrində Göyçay şəhərinin Zakir Nəcəfov küçəsində qeydə alınıb.

Şəhər sakini, 1950-ci il təvəllüdlü Zeynalova Fəridə Heydər qızına məxsus ümumi sahəsi 165 kvadratmetr olan 4 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 maşını və canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı ev tamamilə yanaraq yararsız hala düşüb.

Yanğın zamanı xəsarət alan olmayıb. Yanğınsöndürənlər alovun qonşu evlərə keçməsinin qarşısını alıblar.

Hazırda ərazidə alovun tam söndürülməsi prosesi gedir. Hadisənin baş vermə səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

# 2052
avatar

Oxşar yazılar

Ramiz Mehdiyev MƏHKƏMƏ QARŞISINDA:  Sürücülük hüququndan məhrum edilə bilər

Ramiz Mehdiyev MƏHKƏMƏ QARŞISINDA: Sürücülük hüququndan məhrum edilə bilər

28 mart 2024 , 20:43
Qatil qeyri-adi şəkildə  həbsxanadan   qaçdı

Qatil qeyri-adi şəkildə həbsxanadan qaçdı

28 mart 2024 , 19:38
Bakıda kafedə ÖLÜM

Bakıda kafedə ÖLÜM

28 mart 2024 , 19:18
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ

Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ

28 mart 2024 , 18:03
Mingəçevirdə yataqxanada yanğın - VİDEO

Mingəçevirdə yataqxanada yanğın - VİDEO

28 mart 2024 , 18:02
Taleh Qaraşovun qardaşı oğluna AĞIR CƏZA

Taleh Qaraşovun qardaşı oğluna AĞIR CƏZA

28 mart 2024 , 17:08
Bakıda evdən  meyit   tapıldı

Bakıda evdən meyit tapıldı

28 mart 2024 , 16:23
Qadın 6 min dollardan çox pulu  pəncərədən   atdı

Qadın 6 min dollardan çox pulu pəncərədən atdı

28 mart 2024 , 16:12