Goranboyda toydan qayıdanlar qəzaya düşdü,  ölənlər var   - YENİLƏNİB  - FOTO
13 mart 2023 01:05 (UTC +04:00)

Goranboyda toydan qayıdanlar qəzaya düşdü, ölənlər var - YENİLƏNİB - FOTO

Goranboyda baş verən yol qəzasında daha bir nəfər ölüb.

Lent.az xəbər verir ki, ağır xəsarətlərlə xəstəxanaya aparılan Hüseynov Rəşad Rəşid oğlu yolda dünyasını dəyişib.

İsgəndərov Ayxan Qabil oğlu isə hadisə yerində ölüb.

***

Saat 00:56

Xəbərə foto əlavə olunub.

***

Saat 00:20

Goranboyda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Lent.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq digər nəqliyyat vasitələrinə çırpılıb.

Qəza zamanı 1 nəfərin öldüyü bildirilir.

Bir nəfər ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Qəzaya uğrayan hər üç avtomobildə olanlar toydan qayıdırmış.

Fuad Nazimoğlu

# 4800
avatar

Oxşar yazılar