Goranboyda qayınata gəlinə qumbara atdı -  YENİLƏNİB
16 fevral 2025 19:39 (UTC +04:00)

Goranboyda qayınata gəlinə qumbara atdı - YENİLƏNİB

Gəlinin üzərinə partlayıcı maddə atmaqla ona xəsarət yetirən şəxs Goranboy rayonu Tapqaraqoyunlu kəndi ərazisində çobanlıq edib.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, ehtimal olunur ki, həmin partlayıcı maddə müharibə qalıqları ilə çirklənmiş və təmizlənməyən yerdən tapılıb.

Hazırda hüquq-mühafizə orqanları cinayət əməlində şübhəli bilinən şəxsin dindirilməsini həyata keçirir.

***

saat 18.43

Xəbərə foto əlavə edilib. 

***

saat 17.36

Goranboyda qumbara partlayıb.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Qarasüleymanlı kəndində qeydə alınıb.

Qarasüleymanlı kəndində yaşayan 1957-ci il təvəllüdlü Namazov Zakir Mayıl oğlu gəlini 1986-cı il təvəllüdlü Aslanova Vəfa Şükür qızı ilə ailə münaqişəsi zəminində mübahisə edib və ona doğru əl qumbarası atıb.

Zərərçəkmiş şəxs xəstəxanaya yerləşdirib, vəziyyəti qənaətbəxşdir.

Zakir Namazov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2654

Oxşar yazılar