Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü
10 may 2025 21:06 (UTC +04:00)

Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü

Goranboy rayonunda iribuynuzlu heyvanlar arasında kütləvi zəhərlənmə hadisəsi baş verib.

Lent.az APA-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Tatarlı kəndində qeydə alınıb. Kənd sakinləri – 51 yaşlı Arzu Cabbarova məxsus 12 baş, 67 yaşlı Rafiq Ələsgərova məxsus 52 baş mal-qara zəhərlənərək tələf olub.

İlkin ehtimallara görə, zəhərlənməyə səbəb fermada təmizlik məqsədilə istifadə olunan kimyəvi maddə olub.

Hadisə ilə bağlı müvafiq qurumlar araşdırma aparır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 568

Oxşar yazılar