Gəncədə qəzaya düşən polis mayoru vəfat edib - FOTO
15 iyul 2022 08:56 (UTC +04:00)

Gəncədə qəzaya düşən polis mayoru vəfat edib - FOTO

Ötən ay Göygöldə xidməti avtomobili ilə qəzaya düşən polis mayoru xəstəxanada ölüb.

Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, Gəncə Şəhər Baş Polis idarəsinin 1-ci polis şöbəsinin ictimai təhlükəsizlik böməsinin rəisi polis mayoru Qubat Qasımov bir müddət əvvəl yol qəzasına düşüb.

Bu gecə müalicə aldığı xəstəxanda həkimlərin səyinə baxmayaraq, vəfat edib.

Faktı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis baş leytenantı Eşqin Qasımov təsdiqləyib.

DİN rəsmisi bildirib ki, polis mayorunun dəfini bu gün olacaq.

# 3048
avatar

Oxşar yazılar