Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarındakı bərdürə dəyib.
Qəza zamanı sürücü 1987-ci il təvəllüdlü G.Lazımova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.