Hindistanda gənc qadın partnyorunun cinsi orqanını kəsib, sonra isə özünü öldürmək istəyib.
Lent.az xarici mediaya istinadla bildirir ki, insident Uttar Pradeş ştatının Müzəffərnaqar şəhərində baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları qızı bıçaqla kişinin cinsiyyət orqanını kəsdikdən sonra saxlayıb. Yaralı hazırda xəstəxanadadır.
Polisin dindirilməsi zamanı o, zərərçəkmişlə gənclik illərində tanış olduğunu deyib. Onların münasibətləri təxminən səkkiz il davam edib. Bu yaxınlarda kişi ona başqa qadınla nişanlandığını və tezliklə evlənəcəklərini söyləyib.
Qadın sevgilisinin cinsi orqanını kəsdiyi son görüş istəyib. Hazırda hüquq-mühafizə orqanları işin mahiyyətini araşdırır.