Gəncədə iki maşın toqquşdu, xəsarət alanlar var
13 aprel 2025 00:13 (UTC +04:00)

Gəncədə iki maşın toqquşdu, xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Hərəkətdə olan VAZ 2107 və "Opel" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsiri ilə VAZ 2107 yol kənarındakı bardürə çırpılıb. Qəza nəticəsində 2002-ci il təvəllüdlü İ. Niftalıyev və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hər iki avtomobilə və yol təsərrüfatına ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 834

Oxşar yazılar