Gəncədə FACİƏ:  "Tok" vurdu,  meyiti dirəkdə qaldı
08 iyun 2022 18:16 (UTC +04:00)

Gəncədə FACİƏ: "Tok" vurdu, meyiti dirəkdə qaldı

Gəncədə 58 yaşlı kişini elektrik cərəyanı vurub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, Gəncə şəhərində elektrik dirəyində cərəyan vurması nəticəsində ölən 58 yaşlı Əsgərov Fərhad Teyyub oğlunun meyitinin götürülməsi üçün müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Təhlükəsiz əməliyyat şəraiti təmin olunduqdan sonra xilasedicilər F.Əsgərovun meyitini elektrik dirəyindən düşürərək təhvil veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3075
avatar

Mehman Nəbiyev

Oxşar yazılar