Martın 17-də saat 02:10 radələrində 3 nəfər (2 qadın, 1 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Lent.az xəbər verir ki, bu barədə APA-ya TƏBİB-dən bildirilib.
Məlumata görə, 2012, 2015, 2017-ci il təvəllüdlü pasiyentlərə dəm qazının toksiki təsiri diaqnozu təyin edilib.
Onlara zəruri tibbi yardım göstərilib, vəziyyətləri stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
***
08:52
Gəncədə zəhərlənmə faktı qeydə alınıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, 2012-c il təvəllüdlü F.Şamilova, 2015-ci il təvəllüdlü H.Şamilov və 2017-ci il təvəllüdlü Z.Şamilova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Dərhal uşaqlara yardım edilib, vəziyyətlərinin normal olduğu bildirilir.
Məlumata görə, zəhərlənən uşaqlar bir ailənin üzvüdür.
Onların yaşadıqları evin vanna otağında dəm qazından zəhərləndiyi qeyd edilir.
Faktla bağlı araşdırma aparılır.