Damarları effektiv təmizləyən QİDALAR
17 mart 2025 11:25 (UTC +04:00)

Damarları effektiv təmizləyən QİDALAR

Ürək-damar xəstəlikləri, o cümlədən infarkt və insult tez-tez arteriyaların divarlarında yığılan xolesterin səbəbindən inkişaf edir. Bu proses ateroskleroz adlanır və qan dövranını pozaraq ciddi fəsadlara səbəb ola bilər. Lakin düzgün qidalanma bu xəstəliyin inkişafını yavaşlada və damarları xolesterin yığıntılarından təmizləməyə kömək edə bilər.

Lent.az damarları təmizləyən ən faydalı qidaları sizə təqdim edir:

B vitaminləri damar divarlarını gücləndirir və metabolizmi yaxşılaşdıraraq xolesterinin artıq toplanmasının qarşısını alır.

Ən yaxşı mənbə: Somon balığı (qızılbalıq)

Məsləhət: Onun təsirini artırmaq üçün göyərti və paxlalılarla birlikdə istifadə etmək tövsiyə olunur.

Nar – güclü antioksidant mənbəyi

Araşdırmalar göstərir ki, 1 il ərzində müntəzəm nar şirəsi içmək arteriya divarlarının qalınlığını 30 faiz azalda bilər.

Səbəb?

Nar iltihabı azaldan və xolesterinin yığılmasının qarşısını alan yüksək miqdarda antioksidantlar ehtiva edir.

Turş kələm 

Bu məhsul fermentasiya prosesindən keçdiyi üçün faydalı bakteriyalarla zəngindir.

Nəyə kömək edir?

Zərərli maddələrin səviyyəsini azaldır. Bağırsaq mikroflorasını normallaşdırır. Dolayısı ilə damar sağlamlığını dəstəkləyir.

Sarımsaq – Təbii damar genişləndirici

Sarımsaq aterosklerozun qarşısını almaqda çox effektivdir.

Tərkibində nə var?

Alisin – damarları genişləndirir və "pis" xolesterini azaldır
En yaxşı təsir üçün – sarımsağı çiy halda istehlak etmək tövsiyə olunur.

L-arginin ilə zəngin qidalar

L-arginin qan dövranını yaxşılaşdırır, arteriyaları genişləndirir və damar divarlarında iltihabı azaldır.

Ən yaxşı mənbələr

Toyuq əti

Hinduşka əti

Damarları sağlam saxlamaq üçün əlavə məsləhətlər

Düzgün qidalanma ilə yanaşı:

Aktiv həyat tərzi keçirmək

Stress səviyyəsini nəzarətdə saxlamaq

Qan təzyiqini müntəzəm yoxlamaq

Bu tədbirlər ürək-damar xəstəliklərinin riskini minimuma endirə bilər!
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 699

Oxşar yazılar