Külli miqdarda mənimsədə təqsirləndirilən keçmiş məmurlar  həbs olundu
17 mart 2025 14:33 (UTC +04:00)

Külli miqdarda mənimsədə təqsirləndirilən keçmiş məmurlar həbs olundu

Külli miqdarda mənimsəmədə ittiham olunan ləğv edilmiş Meliorasiya və Su Təsərrüfatı ASC-nin Viləşçay Su Anbarının İstismarı İdarəsinin sabiq rəisləri Ağabəy Ağayev, Mahir Əliyev, baş mühasibi Əjdər Fətullayev, həmçinin digər əməkdaşları Sədrəddin Ağababayev və İsmayıl Əlizadənin cinayət işləri üzrə məhkəmə prosesi yekunlaşıb.

Lent.az xəbər verir ki, bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Ağabəy Ağayev 3 il şərti olmaqla 8 il 6 ay, Mahir Əliyev 11 il 6 ay, Əjdər Fətullayev 10 il 6 ay, Sədrəddin Ağababayev 3 il şərti olmaqla 10 il, İsmayıl Əlizadə isə 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən Mahir Əliyev, Əjdər Fətullayev məhkəmə zalında həbs edilib.

Xatırladaq ki, dövlət ittihamçısı Ağabəy Ağayevin 10 il, Mahir Əliyevin 13 il, Əjdər Fətullayevin 12 il, Sədrəddin Ağababayevin 10 il, İsmayıl Əlizadənin isə 4 il müddətə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, onlar 1 milyon 830 min manatlıq mənimsəmədə ittiham olunurlar.

İbtidai istintaq zamanı təqsirləndirilən şəxslər barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib, daha sonra onlar barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, təqsirləndirilən şəxsləri Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi saxlayıb.

Ağabəy Ağayevə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə), 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham irəli sürülüb. Onun 2 milyon 215 min manat dəyərində əmlakı msadirə olunub. Eyni zamanda, Mahir Əliyevin 236 min manat dəyərində əmlakı müsadirə olunub. (APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1848

Oxşar yazılar

Nadir Yalçına ağır itki

Nadir Yalçına ağır itki

12 iyul 2025 , 09:16
İsmayıllıda zəlzələ oldu

İsmayıllıda zəlzələ oldu

12 iyul 2025 , 08:42
İctimai fəal Anar Abdullayev həbs edildi

İctimai fəal Anar Abdullayev həbs edildi

12 iyul 2025 , 01:42
Şirvanda 23 yaşlı gənci bıçaqladılar

Şirvanda 23 yaşlı gənci bıçaqladılar

11 iyul 2025 , 21:25
Ermənilərin əsir və girov saxladığı şəxslər ifadə verdi - MƏHKƏMƏ

Ermənilərin əsir və girov saxladığı şəxslər ifadə verdi - MƏHKƏMƏ

11 iyul 2025 , 21:18
 Cadugərlikdə   ittiham edib qonşusunu vəhşicəsinə öldürdü

Cadugərlikdə ittiham edib qonşusunu vəhşicəsinə öldürdü

11 iyul 2025 , 19:59
Bakıda kişi kirayə yaşadığı evdə ÖLÜ TAPILDI

Bakıda kişi kirayə yaşadığı evdə ÖLÜ TAPILDI

11 iyul 2025 , 19:33
Goranboyda iynədən şoka düşən  qadın öldü -  YENİLƏNİB

Goranboyda iynədən şoka düşən qadın öldü - YENİLƏNİB

11 iyul 2025 , 17:48