Azərbaycanda bir ayda 1800-dən çox ailə  dağılıb
17 mart 2025 15:05 (UTC +04:00)

Azərbaycanda bir ayda 1800-dən çox ailə dağılıb

2025-ci ilin yanvar ayında qeydə alınan boşanmaların sayı açıqlanıb.

Lent.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.

Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində 2025-ci ilin ilk ayında 1814 boşanma halları qeydə alınıb. 2024-cü ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə boşanmaların sayı 2,0-dan 2,1-ə qədər artıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 518

Oxşar yazılar