İtkin düşən Gülnar Salahova
27 may 2021 10:45 (UTC +04:00)

İtkin düşən Gülnar Salahova

Gənc qız evdən çıxıb getdi - FOTO

Ağstafada itkin düşən gənc axtarılır.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, əslən Kəlbəcər rayonunun Mərcimək kəndindən olan, hazırda Ağstafa rayonunda yaşayan 23 yaşlı Gülnar Salahova bu il may ayının 5-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

G. Salahova arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, saçları uzun və qaradır . Evdən çıxarkən onun qara idman paltarı qara və ağ rəngli idman ayaqqabısı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-22-5-25-52 şəhər və (099) 367-36-69 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3183
avatar

Mehman Nəbiyev

Oxşar yazılar