Gənc fəhlə faciəvi şəkildə öldü
26 aprel 2021 11:31 (UTC +04:00)

Gənc fəhlə faciəvi şəkildə öldü

Aprelin 25-də saat 8 radələrində Abşeron rayonu ərazisində inşaatı aparılan hündürmərtəbəli binada fəhlənin yıxılaraq aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Abşeron rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirərək, digər prosessual hərəkətlər yerinə yetiriblər.

İlkin araşdırmalarla müəyyən olunub ki, Bakı-Sumqayıt yolunun 17-ci km-də tikilməkdə olan çoxmərtəbəli binada tikinti işlərinə cəlb olunmuş 24 yaşlı Quliyev Niyamməddin Nizaməddin oğlu binanın 14-cü mərtəbəsindən yıxılmış və hadisə yerində ölüb.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1893
avatar

Mehman Nəbiyev

Oxşar yazılar