Gəsəbəydə bədbəxt hadisə baş verib.
Lent.az xəbər verir ki, fakt rayonun Qoşabulaq kəndində qeydə alınıb.
Belə ki, ova gedən 1988-ci il təvəllüdlü T.Qasımov silahla ehtiyatsız davrandığından açılan atəş onun ayağına dəyib.
Yaralı xəstəxanaya yerləşdirilib.
Xəstəyə yardım edilib, reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.