Filippin sahillərində 6,4 maqnitudalı daha bir zəlzələ qeydə alınıb.
Lent.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 67,5 min nəfər əhalisi olan Bisliq şəhərindən 55 km şimal-şərqdə, 64 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Qeyd edək ki, eyni ərazidə bir neçə saat əvvəl 7,5 maqnitudalı zəlzələ qeydə alınıb, sunami təhlükəsi elan edilib.