FHN Türkiyədə yanğınla mübarizə aparır
12 avqust 2021 18:10 (UTC +04:00)

FHN Türkiyədə yanğınla mübarizə aparır

FHN əməkdaşları Türkiyənin 4 yerində yanğının qarşısını aldı - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, hazırda Türkiyə Respublikasında olan Azərbaycan Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələri meşə yanğınları ilə mübarizə tədbirlərini uğurla davam etdirirlər.

Lent.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, ötən sutka ərzində FHN-in qüvvələri qardaş Türkiyənin Köycegiz bölgəsinin Otmanlar rayonunda, Məntəşə bölgəsinin Yılanlı və Burdur bölgəsinin Bucak rayonunda soyutma tədbirləri həyata keçirilib. Tüstülənmə qeyd olunan yerlərdə yanğının baş verməsinin qarşısı alınıb.

Eyni zamanda, FHN-in qüvvələri tərəfindən Milas bölgəsindəki Yeniköy və Kemerköy istilik elektrik stansiyalarının sutkalıq fasiləsiz mühafizəsi də davam etdirilib.

Bundan başqa, soyutma tədbirlərinə cəlb edilən FHN-ə məxsus "BE-200ÇS" tipli amfibiya təyyarəsi ötən sutka ərzində Burdur istiqamətində 7 dəfə uçuş həyata keçirməklə 63 ton, helikopter isə Köycegiz istiqamətində 28 dəfə uçuş həyata keçirməklə 70 ton su töküb.

Əməliyyatların mürəkkəb relyefli dağlıq ərazilərdə həyata keçirilməsinə baxmayaraq, bir sıra istiqamətlərdə təcili və təxirəsalınmaz tədbirlər çərçivəsində əməliyyatlar gecə saatlarında da davam etdirilib. FHN-in yanğın-xilasetmə qüvvələri Türkiyəli yanğınsöndürənlərlə birgə koordinasiyalı şəkildə fəaliyyət göstərirlər.

FHN Türkiyədə yanğınla mübarizəni davam etdirir

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1672

Oxşar yazılar

Güclü külək paytaxtda fəsadlar törətdi-FOTO

Güclü külək paytaxtda fəsadlar törətdi-FOTO

9 aprel 2025 , 02:19
Ərini baltalayan  üç uşaq anası azadlığa buraxıldı

Ərini baltalayan üç uşaq anası azadlığa buraxıldı

8 aprel 2025 , 23:15
Anar Abdulla cinayət məsuliyyətinə  cəlb olundu

Anar Abdulla cinayət məsuliyyətinə cəlb olundu

8 aprel 2025 , 22:54
Bakıda kişi özünü asdı

Bakıda kişi özünü asdı

8 aprel 2025 , 19:29
Edamlar son 10 ilin  ən yüksək səviyyəsinə   çatıb

Edamlar son 10 ilin ən yüksək səviyyəsinə çatıb

8 aprel 2025 , 19:01
Kamran Əliyev Xanlar Vəliyevi yola saldı - YENİLƏNİB

Kamran Əliyev Xanlar Vəliyevi yola saldı - YENİLƏNİB

8 aprel 2025 , 18:36
Gəncədə 2 nəfərin meyiti  tapıldı - YENİLƏNİB

Gəncədə 2 nəfərin meyiti tapıldı - YENİLƏNİB

8 aprel 2025 , 17:51
Bulvarda dənizdən meyit tapıldı

Bulvarda dənizdən meyit tapıldı

8 aprel 2025 , 16:19