Əxlaqsızlıq yuvalarına BASQIN: 23 qadın xilas olundu
12 iyun 2025 17:50 (UTC +04:00)

Əxlaqsızlıq yuvalarına BASQIN: 23 qadın xilas olundu

Türkiyədə fahişəliyə cəlbetmə faktları üzrə əməliyyat keçirilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, əməliyyatlar Qaziantep şəhərində eyni anda bir neçə ünvanda baş tutub.

Nəticədə 13 nəfər saxlanılıb. Fahişəliyə məcbur edilən 23 qadın isə xilas olunub. Saxlanılan şəxslərin 9-u həbs olunub, 4-ü isə sərbəst buraxılıb.

Basqın edilən ünvanlardan 3 tapança, 2 tüfəng, 15 fişəng və külli miqdarda pul tapılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1312

Oxşar yazılar