Evində narkotik yetişdirən polis işdən qovuldu
02 mart 2024 11:01 (UTC +04:00)

Evində narkotik yetişdirən polis işdən qovuldu

Rusiyanın Voloqda vilayətində polis məmuru evində narkotik maddə yetişdirib. Bu barədə vilayət üzrə İstintaq İdarəsi məlumat yayıb.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, 30 yaşlı polisə qarşı satış məqsədi olmadan külli miqdarda narkotik vasitənin qanunsuz hazırlanması, saxlanması və narkotik tərkibli bitkilərin qanunsuz becərilməsi ilə bağlı iş açılıb. Həmin şəxs aktiv polis əməkdaşı olub və eyni zamanda qadağan olunmuş maddə əldə etmək üçün bitki yetişdirib.

Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsindən verilən məlumata görə, şübhəlinin yaşadığı ünvanda 23 kolu narkotik vasitə olan sirr aşkar edilərək götürülüb.

“Əməkdaş neqativ əsaslarla daxili işlər orqanlarından xaric edilib və qanunla müəyyən edilmiş qaydada cəzalandırılacaq. Onun rəhbərləri ciddi intizam məsuliyyətinə cəlb olunacaqlar”, - deyə idarənin mətbuat xidmətindən bildirilib.

# 38841
avatar

Oxşar yazılar