Evdə qaz balonu partladı-Xəsarət alanlar var
21 mart 2025 19:02 (UTC +04:00)

Evdə qaz balonu partladı-Xəsarət alanlar var

Gəncədə evdə qaz balonu partlayıb, xəsarət alanlar var.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə şəhərin Avtozavod qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.

Belə ki, 1966-cı il təvəllüdlü A.Ələkbərova və onun övladı 1995-ci il təvəllüdlü A.Ələkbərov yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Hər iki xəstəyə yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Məlumata görə ana və övladı yaşadıqları evdə qaz balonun partlaması nəticəsində yanıq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 918

Oxşar yazılar