Əsgərin ölümünə görə vəzifəli şəxslərə cinayət işi AÇILDI -  YENİLƏNİB
14 iyun 2022 12:30 (UTC +04:00)

Əsgərin ölümünə görə vəzifəli şəxslərə cinayət işi AÇILDI - YENİLƏNİB

Kəlbəcərdə hərbi qulluqçumuzun ölümünə görə cinayət işi başlanıb.

Hərbi Prokurorluqdan Lent.az-averilən məlumata görə, Fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.1-1-ci (Rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

Hazırda araşdırmalar davam etdirilir.

***
Saat: 10:02

Kəlbəcərdə hərbi qulluqçumuzu elektrik cərəyanı vurub.

Hərbi Prokurorluqdan Lent.az-a verilən məlumata görə, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əliyarov Riyad Məmməd oğlunu iyunun 13-də Kəlbəcər rayonu ərazisində elektrik cərəyanı vuraraq öldürüb. Bu barədə Kəlbəcər Hərbi Prokurorluğuna daxil olmuş məlumat əsasında əməkdaşlar tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülərək, izahatlar alınıb. Müvafiq ekspertizalar təyin edilərək, digər zəruri hərəkətlər icra edilib.

Fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7335
avatar

Mehman Nəbiyev

Oxşar yazılar