Müdafiə Nazirliyi
21 mart 2023 18:32 (UTC +04:00)

Müdafiə Nazirliyi

Ermənistandan Azərbaycan ərazisinə hərbi yüklərin daşınması davam edir-VİDEO

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı dəstələri Şuşa-Laçın yoluna alternativ torpaq yollardan istifadə etməklə Ermənistandan hərbi yükdaşımaları davam etdirir.

Bu barədə Lent.az-a Müdafiə Nazirliyindən xəbər verilib.

Qeyri-qanuni erməni silahlı dəstələri gecə vaxtı və dumanlı hava şəraitindən istifadə etməklə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə döyüş mövqelərinə canlı qüvvə, silah-sursat, mina, eləcə də yanacaq, su, ərzaq və digər maddi-texniki təminat vasitələri daşıyır.

Qeyd olunan marşrut üzrə hərbi yüklərin daşınması ilə əlaqədar Azərbaycan tərəfi dəfələrlə beynəlxalq ictimaiyyəti məlumatlandırıb: “Bundan əlavə, Ermənistan tərəfinin hərbi yükdaşımalar məqsədilə mülki nəqliyyat vasitələrindən də istifadə etməsi müəyyən edilib. Belə ki, Ermənistandan hərəkət edən mülki avtomobillər Şuşa rayonunun Turşsu kəndi yaxınlığında müəyyən edilmiş nöqtəyə qədər müqavilə əsasında xidmət keçən canlı qüvvəni və hərbi yükləri çatdırır. Daha sonra hərbçilərin və hərbi yüklərin yüksəkkeçidli hərbi maşınlarla Xankəndiyə daşınması da tərəfimizdən müşahidə edilib.

Bildiririk ki, bölgədə bundan sonra yarana biləcək gərginliyə görə bütün məsuliyyət Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Ermənistandan Azərbaycan ərazisinə hərbi yüklərin daşınması davam edir

# 1851
avatar

Oxşar yazılar

83 yaşlı kişini maşın vurub öldürdü

83 yaşlı kişini maşın vurub öldürdü

3 iyun 2023 , 15:22
Yeni doğduğu körpəsini zibilliyə atdı

Yeni doğduğu körpəsini zibilliyə atdı

3 iyun 2023 , 14:37
Şuşada kütləvi məzarlıq  tapıldı - YENİLƏNİB

Şuşada kütləvi məzarlıq tapıldı - YENİLƏNİB

3 iyun 2023 , 13:48
Vilayət Eyvazov Zaqatalaya yeni mühafizə rəisi göndərdi - ƏMR

Vilayət Eyvazov Zaqatalaya yeni mühafizə rəisi göndərdi - ƏMR

3 iyun 2023 , 13:20
Ağdaş sakinini maşın vurub öldürdü

Ağdaş sakinini maşın vurub öldürdü

3 iyun 2023 , 12:33
İrandan Azərbaycana qaçanlar   saxlanıldı - FOTO

İrandan Azərbaycana qaçanlar saxlanıldı - FOTO

3 iyun 2023 , 12:22
Bakıda 85 yaşlı kişi binadan yıxılıb öldü

Bakıda 85 yaşlı kişi binadan yıxılıb öldü

3 iyun 2023 , 11:06
Zaqatalada qadın itkin düşdü

Zaqatalada qadın itkin düşdü

3 iyun 2023 , 10:29