Ermənilərin tibbi yardım maşını ilə  TERROR CƏHDİ
15 oktyabr 2021 12:56 (UTC +04:00)

Ermənilərin tibbi yardım maşını ilə TERROR CƏHDİ

Oktyabrın 15-də səhər saatlarında qanunsuz erməni silahlı dəstəsinin üzvlərinin mülki tibbi yardım maşınından istifadə etməklə Ağdərə istiqamətində bölmələrimizə qarşı növbəti terror-təxribat cəhdi qeydə alınıb.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə. hərbi qulluqçularımızın sayıqlığı və görülən tədbirlər nəticəsində bu cəhdin qarşısı alınıb və maşında hərəkət edən silahlılar geriyə dönməyə məcbur ediliblər.

Bildiririk ki, mülki tibbi yardım maşınından hərbi məqsədlər üçün istifadə edilməsi qəti yolverilməzdir, terrorçulara xas olan metoddur və beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulmasıdır.

Bir daha xəbərdarlıq edirik ki, istənilən terror-təxribat xarakterli fəaliyyətlərin qarşısı tərəfimizdən dərhal və qətiyyətlə alınacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4065
avatar

Mehman Nəbiyev

Oxşar yazılar