Dünən dənizdən iki nəfərin meyiti tapıldı
09 avqust 2021 12:50 (UTC +04:00)

Dünən dənizdən iki nəfərin meyiti tapıldı

Avqustun 8-də dənizdə batmaq təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, ötən sutka ərzində 77 yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ötən sutka ərzində dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib, həmçinin dənizdə qeyri-çimərlik ərazidə batan Yaqubova Lalə Fətəli qızı və Həsənov Nizami Əbülfət oğlunun meyitləri dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1530
avatar

Oxşar yazılar