Dubaydan avtomobil ehtiyat hissəsi gətirəcəm deyib Qax sakinini aldatdı
19 sentyabr 2024 16:08 (UTC +04:00)

Dubaydan avtomobil ehtiyat hissəsi gətirəcəm deyib Qax sakinini aldatdı

Dubaydan avtomobil ehtiyyat hissəsi gətirmək adı ilə dələduzluq edən şəxs saxlanılıb.

Lent.az-ın məlumatına görə, Qax rayon sakini T.Abdullayevə qarşı dələduzluq edilib. Belə ki, o, sosial şəbəkədə tanış olduğu A.Cəfərova xarici ölkədən avtomobil ehtiyyat hissəsi gətirməsi  üçün 700 manat pul göndərib. Bir müddət keçsə də, A.Cəfərov vədinə əməl etməyib. Zərəçəkmiş bu barədə rayon polis şöbəsinə müraciət edib. Polis əməkdaşları tərəfindən həmin şəxs saxlanılaraq istintaqa cəlb edilib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2328
avatar

Mehman Nəbiyev

Oxşar yazılar