DTX və polisdən  XÜSUSİ ƏMƏLİYYAT:   saxlanılanlar var - FOTO
28 fevral 2022 11:40 (UTC +04:00)

DTX və polisdən XÜSUSİ ƏMƏLİYYAT: saxlanılanlar var - FOTO

Cəlilabad rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Qabil Əzizli və Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Vüqar Məmmədov Fərzili kəndi ərazisində saxlanılıblar.

Daxili İşlər Nazirliyindən mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, onlardan ayrı-ayrı bağlamalarda ümumi çəkisi 16 kiloqrama yaxın narkotik vasitə heroin və 1 kiloqramdan artıq qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxslər sözügedən narkotik vasitələri xarici ölkələrdən birində yaşayan narkotacir vasitəsilə əldə ediblər və paytaxt ərazisində onun dediyi yerlərə çatdırmaqla satışını təşkil etməli imişlər.

Faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində araşdırma aparılır.

# 9129
avatar

Mehman Nəbiyev

Oxşar yazılar