Bakıda vulkan   püskürdü - VİDEO
11 oktyabr 2025 10:18 (UTC +04:00)

Bakıda vulkan püskürdü - VİDEO

0

Bakıda palçıq vulkanı püskürüb.

Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, bu gün saat 08:27-də Qaradağ rayonu, Sahil qəsəbəsinin yüksək dağlıq ərazisində yerləşən palçıq vulkanında püskürmə hadisəsi qeydə alınıb.

Nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib ki, hazırda nazirliyin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələri öyrənilir, ərazidə müvafiq müşahidələr aparılır.

Fövqəladə Hallar Nazirliyindən isə Lent.az-a bildirilib ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi istiqamətində palçıq vulkanının püskürməsi barədə daxil olmuş məlumat əsasında Nazirliyin Aviasiya dəstəsinin helikopteri vasitəsilə əraziyə baxış keçirilib. 

Baxış zamanı ərazidə alov müşahidə edilməyib, həmçinin ətraf yaşayış məntəqələri üçün hər hansı təhlükənin olmadığı müəyyən edilib. 

Məsələ ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən müvafiq işlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 536

Oxşar yazılar