DTX Azər Bağırovu İordaniyada tutub Azərbaycana gətirdi
11 fevral 2025 09:11 (UTC +04:00)

DTX Azər Bağırovu İordaniyada tutub Azərbaycana gətirdi

Bakı şəhəri Səbail rayon məhkəməsində Azərbaycan vətəndaşı Bağırov Azər Akif oğlu barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, xarici xüsusi xidmət orqanının nümayəndələrinə kömək etməklə casusluq formasında dövlətə xəyanət etməkdə ittiham olunan Azər Bağırov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş tədbirlər nəticəsində İordaniya Haşimilər Krallığı ərazisində tutularaq Azərbaycana gətirilib.

İş materiallarından məlum olur ki, xarici ölkənin xüsusi xidmət orqanı 3-cü ölkələrdə hazırladığı təxribat hadisələrində iştirakını büruzə verməmək üçün Azərbaycan vətəndaşı kimi Azər Bağırovu cəlb edib. Azər Bağırov isə öz Azərbaycan vətəndaşı statusundan xarici xüsusi xidmət orqanının xeyrinə və Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə etməklə xaricdə dövlətimizin maraqlarına qəsdən ziyan vurub, casusluq fəaliyyəti ilə məşğul olub.

Məhkəmə Bağırov Azər Akif oğlu barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə həbs qətimkan tədbiri seçib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3001

Oxşar yazılar

Bakıda maşın işıqfora çırpıldı

Bakıda maşın işıqfora çırpıldı

25 mart 2025 , 01:12
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

24 mart 2025 , 18:30
Mingəçevirdə Ağdam sakininin meyiti tapıldı

Mingəçevirdə Ağdam sakininin meyiti tapıldı

24 mart 2025 , 16:13
Bakıda evlərdən oğurluq edənlər saxlanıldı

Bakıda evlərdən oğurluq edənlər saxlanıldı

24 mart 2025 , 15:51
İmamoğluna dəstək aksiyalarında saxlanılanların sayı 1000-i keçdi

İmamoğluna dəstək aksiyalarında saxlanılanların sayı 1000-i keçdi

24 mart 2025 , 15:45
Daxili İşlər Nazirliyinə rep yazan  polis işdən QOVULDU

Daxili İşlər Nazirliyinə rep yazan polis işdən QOVULDU

24 mart 2025 , 15:11
Qazaxda kişi bayram günü İTKİN DÜŞDÜ

Qazaxda kişi bayram günü İTKİN DÜŞDÜ

24 mart 2025 , 14:32
Daha ucuz yer tapan müştəri ustaya SİLAH ÇƏKDİ

Daha ucuz yer tapan müştəri ustaya SİLAH ÇƏKDİ

24 mart 2025 , 13:13