Dövlət sirrini yayan yol polisi belə cəzalandırıldı
05 noyabr 2024 12:24 (UTC +04:00)

Dövlət sirrini yayan yol polisi belə cəzalandırıldı

Rusiyanın Çelyabinsk Vilayət Məhkəməsi nəqliyyat polisi əməkdaşını dövlət sirri olan məlumatları yaydığına görə şərti olaraq iki il müddətinə azadlıqdan məhrum edib.

Lent.az Rusiya mediasına istinadla xəbər verir ki, məhkum ölkə qanunvericiliyinin dövlət sirrinin qorunması ilə bağlı tələblərini pozaraq ona məlum olan və məxfilik dərəcəsinə malik məlumatları açıqlayıb. Onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 283-cü maddəsinin 1-ci hissəsi (“Dövlət sirrinin açıqlanması”) ilə cinayət işi başlanıb.

O, həmçinin iki il ərzində dövlət qulluğunda işləyə bilməyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3534
avatar

Oxşar yazılar