Dövlət binasında FACİƏ:   85 yaşlı qadın diri-diri yandı
03 avqust 2021 13:05 (UTC +04:00)

Dövlət binasında FACİƏ: 85 yaşlı qadın diri-diri yandı

Astarada yanğın hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə Astara şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərməyən, birmərtəbəli inzibati binada qeydə alınıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, binanın ümumi sahəsi 6 m² olan 1 otağında təxminən 1 m² sahəyə yığılan plastik qablar yanır. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb, yanğın qısa müddət ərzində söndürülüb. Otağın qalan hissəsi və bina yanğından mühafizə olunub.

Yanğın yerinin kəşfiyyatı zamanı otaqda müvəqqəti məskunlaşmış, 85 yaşlı Əsgərova Sudiyə Ələsgər qızının meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.  

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2691
avatar

Mehman Nəbiyev

Oxşar yazılar