DİN aptek müdirinin ittihamlarına CAVAB VERDİ
05 may 2021 16:17 (UTC +04:00)

DİN aptek müdirinin ittihamlarına CAVAB VERDİ

Bakı şəhər sakini Məlahət Quliyevanın polisə müraciətinin xüsusatları tam və hərtərəfli araşdırılıb.  

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Lent.az-a bildirib ki, Nərimanov rayonunda M.Quliyeva müdirəsi olduğu aptekin əczaçılıq şirkəti qarşısında götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün dərman preparatlarını və kassa aparatını geri qaytarıb:

"Şirkətin həmin apteki bağlamaq qərarına etiraz edən M.Quliyevanın Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi haqqında səsləndirdiyi iddialar tam əsassızdır. Polis tərəfindən qanunla üzərinə düşən vəzifələrə uyğun olaraq, vətəndaşın iddiları ilə bağlı müvafiq araşdırmalar aparılıb. 

Təhqiqat araşdırmaları və müvafiq yoxlamalarla müəyyən olunub ki, 20 000 manat civarında dərman prepatarları və kassa aparatı şirkətə məxsusdur. Toplanmış materialda cinayət əməli cinayət prosessual qanunvericiliyin tələbinə əsasən material üzrə cinayət işinin başlanması rədd olunub. Vətəndaşın xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmək hüququ var".

Qeyd edək ki, aptek müdiri M.Quliyeva Nərimanov rayon Polsi İdarəsinin 16-cı Polis Bölməsinə ünvanladığı müraciətə düzgün baxılmadığını deyib. Bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.

# 1668
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Gəncədə velosiped oğruları  saxlanıldı

Gəncədə velosiped oğruları saxlanıldı

18 may 2024 , 23:26
Sumqayıtda mənzildən qadın meyiti  tapıldı

Sumqayıtda mənzildən qadın meyiti tapıldı

18 may 2024 , 22:39
Şəkidə iki maşın  TOQQUŞDU:   Bakı sakinləri yaralandılar

Şəkidə iki maşın TOQQUŞDU: Bakı sakinləri yaralandılar

18 may 2024 , 20:14
Zaqatalada avtomobil ağaca çırpıldı,  yaralanan var

Zaqatalada avtomobil ağaca çırpıldı, yaralanan var

18 may 2024 , 20:01
Zakir Həsənov polkovniki işdən çıxardı

Zakir Həsənov polkovniki işdən çıxardı

18 may 2024 , 19:18
Azərbaycanda məktəbli qız özünü öldürdü

Azərbaycanda məktəbli qız özünü öldürdü

18 may 2024 , 18:53
SON DƏQİQƏ:  Bakıda gənc oğlan özünü asdı

SON DƏQİQƏ: Bakıda gənc oğlan özünü asdı

18 may 2024 , 18:20
Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

18 may 2024 , 16:09