Rusiyanın Sankt-Peterburq şəhərində məhkəmə Vsevolojsk qəsəbəsinin Deputatlar Şurasının üzvü Konstantin Leqkodumovu həmkarının evini yandırdığına görə həbs edib.
Lent.az yerli mediaya istinadla bildirir ki, Leqkodumov dekabrın 20-dək həbsdə olacaq. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 33 və 167-ci maddələri (“Əmlakı qəsdən məhv etməyə və ya zədələməyə çağırış”) ilə ittiham olunur.
Deputatla yanaşı, onun planını həyata keçirən İvan Solovyov, Anton Abramov və Roman Klimaşeviç də həbs edilib. Onlar isə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 167-ci maddəsi (“Əmlakı qəsdən məhv etmə və ya zədələmə”) ilə ittiham olunurlar.
Müstəntiqlərin fikrincə, Leqkodumov həmkarının seçkilərdə iştirak etmək istəyinə görə onun evini yandırmaq qərarına gəlib. Bu işi isə o, Solovyov, Abramov və Klimaşeviçə sifariş verib və onlara 6000 dollar verəcəyini vəd edib.
Avqustun 18-də axşam saatlarında deputatın planının icraçıları qadının evinə gələrək avtomobildən əvvəlcədən hazırlanmış yanğınsöndürmə qurğusunu və alışqanı götürərək evin terrasına yaxınlaşaraq onu yandırıblar. Bundan sonra onlar hadisə yerini tərk ediblər və deputat kişilərə vəd etdiyi məbləği ödəyib.
Onların əməlləri 30 milyon rubl məbləğində (təxminən 531 min manat) ziyana səbəb olub. Cinayətkarlar oktyabrın 22-də saxlanılıb.