Dəniz kənarında naməlum kişi meyiti tapıldı-FOTO
15 iyul 2021 10:04 (UTC +04:00)

Dəniz kənarında naməlum kişi meyiti tapıldı-FOTO

Bakıda naməlum kişi meyiti tapılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Pirallahı rayonu Dübəndi bağlar massivində Xəzər dənizinin sahilində 40-50 yaşlarında naməlum kişi meyiti tapılıb. Onun Xəzər dənizinin nəzarətsiz zonasında çimərkən boğulduğu ehtimal edilir.

Aşkar edilən meyit arıq bədən quruluşlu, boyu 170 santimetr və gözlərinin rəngi qəhvəyidir. Tapılan zaman meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib.

Qeyd edək ki, bu şəxsi tanıyanlardan Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələri ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1998
avatar

Mehman Nəbiyev

Oxşar yazılar