Dəhşətli QƏTL: Pensiyaçını öldürdü,  ürəyini kəsib   avtobus dayanacağında  yedi
06 mart 2024 00:02 (UTC +04:00)

Dəhşətli QƏTL: Pensiyaçını öldürdü, ürəyini kəsib avtobus dayanacağında yedi

Başqırdıstanda pensiyaçı kişinın dəhşətli qətli araşdırılır.

Lent.az-ın xarici KİV-ə istinadən xəbər verir ki, 47 yaşlı Erinjon A. onu balta ilə vurub, sonra ürəyini kəsib. Satanist adamyeyən vəhşi qətliamda şübhəli bilinərək saxlanılıb.

Məlumata görə, kişi “qaranlıq qüvvələrlə” sövdələşərək qətl törədib. Tanımadığı pensiyaçının evinə girən kişi ona balta ilə üç dəfə zərbə endirib və ürəyini kəsib.

Eyni zamanda 47 yaşlı təcavüzkar avtobus dayanacağında yoldan keçənlərin düz qarşısında öldürdüyü şəxsin ürəyini yeyib və qalıqlarını yanında oturan yaşlı qadına verib və ürəyi basdırmasını istəyib.

Bu dəhşətli hadisəni törədən Başqırdıstan sakini saxlanılıb. O, sorğu-sual zamanı hər şeyi boynuna alıb. 

# 3030
avatar

Oxşar yazılar