Daşkəsəndə intihar hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qaratağlar kəndində qeydə alınıb.
Kənd sakini 58 yaşlı R.Huseynova yaşadığı evdə özünü asıb.
Qadının hansı səbəbdən intihar etməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.