Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
Lent.az xəbər verir ki, hadisə dekabrın 14-də Nərimanov rayonu, Z.Bünyadov prospektiində yerləşən "Çingiz Xan" restoranının qarşısında baş verib.
"Hyundai" markalı avtomobil 57 yaşlı Əliyeva Ranə Qiyas qızını vurub. Yaralı dekabrın 18-də xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanıb.