Ruisyanın Amur vilayətində bir kənddə kibritlə oynayan uşaq evi yandırıb, nəticədə nənəsi ölüb.
Lent.az yerli mediaya istinadıa bildirir ki, yanğın Uraşa kəndində iki mənzilli evdə baş verib. İlkin məlumata görə, beş yaşlı qız nənəsinin himayəsində olub. Nənə yatıb, uşaq isə kibrit tapıb və təsadüfən divanı yandırıb. Qız yastıqlarla yanğını söndürməyə çalışsa da, alov daha da artıb.
Nənəni oyatdıqdan sonra onunla birlikdə çıxışa qaçıb, lakin yaşlı qadın yıxılıb və ayağa qalxa bilməyib. Qız evdən qaçaraq kömək üçün qonşulara müraciət edib. Onlar soyunmuş, qorxmuş uşağı isti otağa göndəriblər, özləri isə pəncərəni sındıraraq yaşlı qadını xilas etməyə çalışıblar. Onu tüstü basmış otaqda tapmaq mümkün olmayıb.
Yanğınsöndürmə briqadaları gələnə qədər artıq evin bir hissəsi yanğına qərq olub, onlar təqaüdçünü xilas edə bilməyiblər. Yanğın nəticəsində ikimənzilli yaşayış binasının 1 mənzili bütün ərazini əhatə edib.