Rəşad Cəfərov
25 sentyabr 2021 12:36 (UTC +04:00)

Rəşad Cəfərov

Daha bir rayon sakini "patı" ilə tutuldu

Hacıqabul sakinində "patı" aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini Rəşad Cəfərov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı “patı” adlanan psixotrop maddə - metamfetamin aşkar edilərək götürülüb.

Faktla əlaqədar Hacıqabul Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1363

Oxşar yazılar