“Crocus”dakı terrordan sonra 95 nəfər  itkin düşüb
27 mart 2024 15:49 (UTC +04:00)

“Crocus”dakı terrordan sonra 95 nəfər itkin düşüb

Moskva vilayətindəki “Crocus City Hall” konsert zalında törədilən terror aktından sonra ilkin məlumatlara görə, 95 nəfər itkin düşənlər siyahısındadır. 

Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, terror aktından sonra yaxınları ilə əlaqə saxlamayanların siyahılarını yaxınlarının müraciətindən sonra əməliyyat xidmətinin əməkdaşları tərtib edib. Bunlar Moskva yaxınlığındakı konsert zalında törədilən terror aktı nəticəsində həlak olanlar və yaralananlar siyahısında olmayanlardır.

Siyahıdakı şəxslərin bəzilərinin sağ olması və müəyyən səbəblərdən əlaqə saxlamaması ehtimalı var. Rəsmi məlumatlara görə, 140 nəfər terror aktının qurbanı olub.


 

# 1923
avatar

Oxşar yazılar