Qəza törədən avtomobil
23 aprel 2022 11:11 (UTC +04:00)

Qəza törədən avtomobil

Çox deyilir, az eşidilir: “Hallı sürücü” qəza törətdi… - FOTO

Nə qədər ifşa edilsələr də, maarifləndirmə işləri aparılsa da, yenə də pis vərdişlərindən əl çəkməyən sürücülər peyda olur.

Bu dəfə narkotikin təsiri altında olan “hallı sürücü” Ağdamda qəza törədib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, rayon sakini Nurlan Qurbanov hətta sürücülük hüququ olmadan idarə etdiyi “VAZ-2107” markalı avtomobillə şəhər ərazisində qəza törədərək hadisə yerindən qaçıb.

Qəza nəticəsində xəsarət alan olmayıb, avtomobillərə isə ziyan dəyib.

Polis əməkdaşları N.Qurbanovun yerini müəyyən edərək onu saxlayıblar. Məlum olub ki, o, narkotik vasitə qəbul edərək sükan arxasına keçib.

N.Qurbanov barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib. Qərara əsasən, Nurlan 30 gün müddətinə inzibati qaydada həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2001
avatar

Mehman Nəbiyev

Oxşar yazılar