COVID-ə qarşı peyvənd istehsal edən şirkət rəhbərinin evlərinə HƏBS QOYULDU
18 sentyabr 2024 15:00 (UTC +04:00)

COVID-ə qarşı peyvənd istehsal edən şirkət rəhbərinin evlərinə HƏBS QOYULDU

Rusiyanın paytaxtı Moskvada məhkəmə rüşvət almağa cəhddə təqsirləndirilən COVID-19 peyvəndi istehsal edən şirkətin rəhbəri Yevgeni Makovskinin mənzillərini müsadirə edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, söhbət paytaxtın qərbindəki Filevski rayonunda biznes sinif yaşayış kompleksində iki mənzildən gedir.

41-ci mərtəbədə yerləşən, sahəsi 168,70 kvadratmetr olan mənzil Makovskinin həyat yoldaşının adına qeydiyyatdan keçib. Bu binada eyni təmirsaiz mənzilin qiyməti 80 milyon rubldan (təxminən 1 milyon 488 min manat) başlayır.

Moskvada Zamoskvoretski Məhkəməsi tərəfindən həbs edilən 61 kvadratmetr sahəsi olan ikinci mənzilin qiyməti 40 milyon rubl (təxminən 744 min manat) qiymətləndirilir.

Makovski ötən ilin sonundan istintaq təcridxanasındadır. O, 20 milyon rubl (təxminən 372 min manat) məbləğində rüşvət almağa cəhddə ittiham olunur. Müvafiq maddə ilə cəza səkkiz ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə və ya rüşvətin yüz mislinədək miqdarda cəriməni nəzərdə tutur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1692
avatar

Oxşar yazılar